Sağlam qidalanma mövzusunda dəyirmi masa keçirilib

Martın 15 - də Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında əhali arasında sağlam qidalanma davranışlarının təşviqinə dair dəyirmi masa keçirilib. Nazirlikdən "Olaylar" - a bildilirb ki, dəyirmi masada Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi profilaktika fakültəsinin, Qidalanma və kommunal gigiyena kafedrasının, uşaq və yeniyetmələr və əmək gigiyenası kafedrasının, propedevtika və pedtıdaiatriya kafedrasının, I daxili xəstəliklər və reanimatologiya kafedrasının, II daxili xəstəliklər kafedrasının və ictimai sağlamlıq kafedrasının, həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində istənilən yaş dövründə əhəmiyyət kəsb edən sağlam qidalanma və sağlam həyat tərzi barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbirdə iştirak edən dietoloqlar balanslaşdırılmış qidalanmanın üstünlükləri, yağda qızardılmış duzlu və şirin qəlyanaltıların, "fast-fud" qida məhsullarının insan orqanizminə olan mənfi təsiri barədə çıxış  ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR