1-ci mikrorayonda tikiləcək yeni mənzillərə 1729 ailə köçürüləcək

"İlkin məlumata görə, 1729 ailənin 1-ci mikrorayonda tikiləcək yeni mənzillərə köçürülməsi nəzərdə tutulub". Bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. Onun sözlərinə görə, yeni tikiləcək binaların sayı 30-u keçməyəcək və binalar 1-2 bloklu olacaq.  E. Əsədov qeyd edib ki, tikinti işləri 29 hektar ərazini əhatə edəcək, ərazidəki yeni binalar isə sökülməyəcək. Onun sözlərinə görə, 1-ci mikrorayonda söküləcək binaların sayı 34-dür, bunlardan 29-u 5 mərtəbə, 4-ü 9 mərtəbə, 1-i isə 16 mərtəbədir. 16 mərtəbənin sökülüb-sökülməyəcəyi hələ dəqiqləşməyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR