"İslam ölkələri islamofobiyaya qarşı mübarizədə ideoloji cəbhədə mübarizələrini gücləndirməlidir"

İslam ölkələri islamofobiyaya qarşı mübarizədə bir olaraq ideoloji cəbhədə mübarizələrini gücləndirməlidirlər. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı "İslam həmrəyliyi-zamanın çağırışı" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, islamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: "Çox təəssüf ki, bəziləri islam haqında müxtəlif mənfi rəylər formalaşdıraraq, guya onun dünya üçün təhlükəli olduğunu bildirirək terrorla eyniləşdirirlər.

Bu gün dünyada İslam həmrəyliyinin olmasını olduqca vacib sayan komitə sədri bildirib ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə 2017-ci ilinin "İslam həmrəyliyi" elan edilməsi dünyaya bir mesajdır:

"Bu gün dünyada dini zəmində münaqişələr gedir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələrinin ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcüd olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir".

Komitə sədri söyləyib ki, bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir.

M.Qurbanlı deyib ki, Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR