Nazir: "Ermənistan tərəfi məqsədyönlü şəkildə cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır"

Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycanın cəbhə bölgəsində yaşayan şagirdləri hədəfə alır. Bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında deyib.

M.Cabbarov bildirib ki, 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs əldə olunsa da, Ermənistan tərəfi daim atəşkəs rejimini pozur və bu zaman şagirdlərin hədəfə alınması geniş vüsət alıb:

"Şagird Fariz Bədəlovun ermənilər tərəfindən snayper ilə qətlə yetirilməsi yadımızdadır. Ötən ilin aprel ayında erməni təxribatları nəticəsində də şagirdlər hədəfə alındı".

M.Cabbarov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi ölkəmizdə təhsil sahəsinə də ciddi ziyan vurub: "İşğal olunmuş ərazilərimizdə 700-ə qədər təhsil müəssisəsi dağıdılıb". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR