Bilik Fondu intellektual viktorina keçirdi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonu 80, 309, 67 və Xəzər rayonu 124, 181, 323 nömrəli tam orta məktəblərin 4-cü sinif şagirdləri arasında "Bilik yarışı" intellektual viktorina keçirilib.

80 nömrəli məktəbin ev sahibliyi etdiyi viktorinanı giriş sözü ilə həmin təhsil ocağınındirektoru Əlislam Abasquliyev açaraq, təşkilatçı quruma təşəkkürünü bildirib.

Bilik Fondu əməkdaşları Almaz Axundova və İslam İslamzadənin moderatoru olduğu 3 turdan ibarətviktorina gərgin bilik mübarizəsi səviyyəsində keçib. Nəticədə 80 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Qalibə medal, iştirakçılara diplomlar təqdim olunub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR