Həmrəylik Festivalı-2017

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ölkənin mutikultural dəyərlərinə və dövlət siyasətinə dəstək olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Badamdar Hotelin "Qəbələ" zalında 14 Mart, 2017-ci il tarixində "Həmrəylik Festivalı-2017" adlı tədbir həyata keçirilib.

AGAT-ın sədri Nərgiz Xələf çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb.

Qeyd olundu ki, tədbirin təşkil olunmasında məqsəd milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkan kimi təbliğatına xidmət edən layihələr planına töhfə verməkdən ibarətdir.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, Azərbaycanın dünyada enerji resursları ilə zəngin olan ölkə olmaqla yanaşı, həm də tolerant və multikultural ölkə kimi tanındığını diqqətə çatdırıb. Bildirib ki, əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətilərin qovşağında yerləşməsi, Avropa və Asiya arasında körpü rolunu oynaması burada multikulturalizmin yaranmasına səbəb olmuşdur. Azərbaycanda ölkəmizin ən böyük sərvətinə çevrilmişdir. Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkan etmişdir.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Həmrəylik festivalı-2017" tədbirində çıxış edərək Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olduğunu qeyd etmişdir.

Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidmətinin məsul nümayəndəsi Ceyhun Məmmədov, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə öz çıxışlarında "Həmrəylik Festivalı- 2017"-nin, iştirak edən müxtəlif xalqlarla Azərbaycan arasında münasibətləri möhkəmləndirmək istiqamətində əhəmiyyətli bir addım olduğunu qeyd etdilər.

Festivalda AGAT-ın 2009-cu ildə yaratdığı "Azərbaycanda yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordiyasiya Şurası"na daxil olan 8 icmanın (türk, tatar, yunan, polşa, ukrayna, rus, kakak, yəhudi) təmsil etdikləri ölkələr, 5 ərəb ölkəsi (BƏƏ, Qətər, Fələstin, Səudiyyə Ərəbistanı, Misir) və Pakistan, Litva, İndonesiya  kimi ölkələr iştirak etmişdir.

Festival zamanı zalda BƏƏ, Fələstin, İsrail, İndoneziya, Kazak, Qətər, Litva, Misir, Pakistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Tatarıstan, Türkiyə, Ukrayna, Yunanıstan kimi ölkələr stendlər quraraq, öz milli geyimlərini, mətbəxlərini və mədəniyyət nümunələrini nümayiş etdirdilər. Tədbirdə həmçinin, Azərbaycan, Fələstin, İsrail, Misir, Polşa, Rusiya, Tatarıstan, Türkiyə və Yunanıstan nümayəndələri öz milli musiqi və rəqslərini səhnədə təqdim etdilər.         

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR