İsmayıllıda meşə sahəsi yanıb

İsmayıllı rayonunda meşəlik ərazidə yanğın hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Talıstan kəndində qeydə alınıb. İstirahət mərkəzinə yaxın ərazidə meşə sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 400 kvadratmetr olan meşədə ağaclar və kol-kos yanıb. Yanğınsöndürənlərin və kənd sakinlərinin köməkliyi ilə alovun genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib. Yanğının səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR