Pakistan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrini ziyarət edib. "OLAYLAR"-ın xəbərinə görə, əvvəlcə HDQ komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Pakistan nümayəndə heyəti HDQ-nin ərazisi, təminat bazası ilə tanış olduqdan sonra brifinq təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR