“İnteraktiv açıq dərs”- də maqnit sahəsinin qanunları

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti "interaktiv açıq dərs" keçirilib. Bölmədən "Olaylar" - a bildirilib ki,  Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin "Maqnit sahəsinin qanunları" mövzusunda apardığı dərsdə şagirdlərə maqnit sahəsinin induksiyası, cərəyanlı naqilə və hərəkət edən yüklü zərrəciyə təsiri haqqında  ətraflı məlumat verilib. Dərs zamanı şagirdlərə cərəyanlı maqnit sahəsinin qarşılıqlı təsirinin izahı verilib, həmçinin slayt vastəsilə induksiya cərəyanının maqnit sahəsinə aid misallar göstərilib.

Qeyd edək ki, açıq dərs muxtar respublikanın 202 ümumtəhsil məktəbində izlənilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR