"Sosial evləri 4 faizli dövlət ipoteka kreditini alan şəxslər əldə edəcəklər"

Sosial evlərə bir çox kateqoriyadan olan insanların ehtiyacı var. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, sosial evlərin tikilməsi ilə bu kateqoriyadan olan insanların ev problemi bir qədər yüngüləşəcək və problem öz həllini tapacaq: "Sosial təminatı az olan yüzlərlə gənc ailə "Güzəştli mənzil" layihəsini gözləyir. Lakin, ilkin mərhələdə sosial evləri ancaq 4 faizli dövlət ipoteka kreditini alan şəxslər əldə edə biləcəklər. Başlanğıcda hər bir şirkət ehtiyatlı addım atır və praktik olaraq da bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki ilkin mərhələ bir o qədər də işlək mexanizm deyil. İşlək mexanizm tam işə düşən zaman, şərtlər yumşalacaq və digər kateqoriyalı insanlara da şamil ediləcək. Bu səbəbdən də ilkin mərhələdə evlərin dövlət ipoteka fondunun bu sistemi ilə satışa çıxarılması düzgün yanaşmadır. Amma ola bilsin ki, növbəti mərhələlərdə siyahı daha da genişlənsin və digər kateqoriyadan olan insanlara da şamil edilsin.

Ümumiyyətlə Azərbaycanda mənzil probleminin həlli üçün il ərzindən 3 - 4  milyon kvadrat mənzil tələb olunur. Tikinti işləri gedir, lakin bu hələ yetərli deyil yaxın gələcəkdə tikinti işlərinin artırılacağı gözlənilir. Çünki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə bu rəqəm 1,2- 1,7 milyon kvadrat arasında dəyişir. Yəni tələbdən iki dəfə az tikinti həyata keçirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR