Azərbaycan fikir, söz və məlumat azadlığına çoxvektorlu, universal şəkildə yanaşır

Əkbər Qoşalı: "Media Azərbaycan toplumunda da özünəməxsus təsir gücünə malikdir"

Demokratik dəyərlərə sadiqlik nümayiş etdirib bu prinsip və normaların bütün sahələrdə tətbiqinə çalışan, buna nail olan Azərbaycan mətbuat sahəsində də demokratiya, söz və ifadə azadlığının təmin olunmasında dünya dövlətləri arasında xüsusi yer tutur. Xüsusilə, müstəqillik illərindən sonrakı dövrdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlar, tədbirlər təqdirəlayiq hesab edilə bilər. Birmənalı olaraq söyləyə bilərik ki, məhz müstəqillik illərindən sonra Azərbaycan mediası özünün inkişaf mərhələsinə qədəm qoydu. Bu müsbət tendensiya isə daha çox ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra vüsət almağa başladı. İstər ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı, kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün yaradılan şərait deyilənlərin əyani sübutu, təsdiqidir. Bu gün qətiyyətlə və heç bir mübaliğə olmadan deyə bilərik ki, Azərbaycanda söz, fikir, ifadə, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin olunur, qorunur. Məhz bu müsbət tendensiyaya görədir ki, günümüzdə Azərbaycan söz və ifadə azadlığının ən yüksək səviyədə təmin olunduğu ölkələrdən biri, bəlkdə birincisi olaraq əksər ölkələrə, xüsusilə region dövlətlərinəı nümunə olaraq göstərilir. Əldə edilmiş bu müsbət tendensiya istər bu, istərsə də digər sahələrin tanınmış ictimai xadimləri tərəfindən müsbət qiymətləndirilir.  Bu və ya digər mövzularla bağlı "OLAYLAR"ın suallarını Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətininvə "Ədəbiyyat Qəzeti" Redaksiya Heyətinin üzvütanınmış şair-publisist Əkbər Qoşalı cavablandırıb.

-Əkbər müəllim, bu gün Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?

-Media hər bir ölkədə ictimai fikri formalaşdıran əsas institut,, yaxud ən əsas institutlardan biridir. Məlumunuz - medianın bir çox hallarda "dördüncü hakimiyyət" adlandırılması da təsadüfi sayıla bilməz. Əlbəttə, media Azərbaycan toplumunda da özünəməxsus təsir gücünə malikdir. Əgər respublikamızda dövlətin mətbuata davamlı maddi dəstəyi varsa, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərirsə, ən əsası, mətbuatla işə konseptual yanaşma mövcuddursa, bax, bunlar, öz-özlüyündə, kütləvi informasiya vasitələrinin durumunu dəyərləndirmək üçün əsaslar verir. Demək, müvafiq dövlət qurumları medianın durumunu öyrənib, çatışan-çatışmayan yönlərini üzə çıxarıb və ona uyğun qərarlar qəbul edilib. Respublikamızda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olaraq təsbit edilib. Konsepsiyada o da təsbit edilib ki, çağdaş informasiya kommunikasiya texnologiyalarının inkişafı, toplumun sosial-siyasi və mədəni yaşamındakütləvi informasiya vasitələrinin  təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. Bəllidir ki, ölkəmizin dünya informasiya məkanına daxil olması ilə bağlı, şəxsiyyətin, toplumun və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi özəlliklə önəm daşıyır. Buna görə də, sözügedən konsepsiyaya uyğun olaraq, kütləvi informasiya vasitələrinin  inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi çağdaş dövrümüzün tələbi mahiyyətindədir.  Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi toplumda söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu özündə ehtiva etməsi ilə ayrı bir yerə sahibdir. Mən onu da əlavə etmək istərdim ki, dövlət dəstəyi yabançı, gərəksiz təsir elementlərini də müəyyən dərəcədə önləmiş olur; insanların zövqünü formalaşdırır; estetik dəyərləri tirajlayır, milli və dövlət maraqlarımızın təbliğinə töhfələr vermiş olur. Bilirsiz, ərazi bütövlüyü pozulmuş, elan edilməmiş savaşın acı gerçəkliklərini öz üzərində hiss edən bir ölkə üçün bu məqamların çox özəl şəkildə önəmi vardır. Ona görə də, medianın müstəqilliyi və dövlət dəstəyindən danışarkən, ölkəmizin hansı çətinliklərlə üz-üzə olduğunu, dövlətimizin nələri dəf edə-edə irəlilədiyini görməzdən gəlmək olmaz...

-Sizcə, Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verir və bu prinsiplərin tətbiqinə necə əməl edir?

-Baxın, indi biz kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyindən danışdıq. Bu dəstəyin əsas məqsədi nədir? - Məqsəd odur ki, vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in önəmli rolu nəzərə alınsın; fikir, söz və məlumat azadlığı inkişaf etdirilsin; Kütləvi informasiya vasitələrinin müstəqilliyi konseptual olaraq dəstəklənsin; informasiya sektorunda informasiya kommunikasiya texnologiyalarının tətbiqi stimullaşdırılsın, toplum və KİV arasında qarşılıqlı yararlı işbirliyi gücləndirilsin; jurnalistlərin peşəkarlığı, bununla yanaşı, jurnalist məsuliyyətinin artmasına münbit ortam yaransın.  Respublikamızda fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verildiyi və bu prinsiplərin tətbiqinə necəəməl edildiyi barədə danışarkən, yuxarıda sadaladıqlarımızla yanaşı, jurnalistlərin sosial müdafiəsini gücləndirmək, dövlət və toplum üçün birincilik təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin  potensialından səmərəli istifadə etmək məsələsini də vurğulaya bilərik. Bu məqamda, cənab prezidentin sərəncamlarıyla jurnalistlər üçün iki çoxmərtəbəli binanın tikilməsini xatırlatmaq istərdim. Bu, bir yandan, jurnalistlərin timsalında dövlət-vətəndaş münasibətlərinin şəklini, dövlət nəzakətini göstərirsə, digər yandan jurnalistin ev almaq üçün - ev pulu yığması üçün nə "öz yağında bişməsi"nə, nə də, kiminsə nazı ilə oynamasına ehtiyac qalmadığını şərtləndirir, elə deyilmi?

Beləliklə, hansı sonuca gəlirik? - Azərbaycan fikir, söz və məlumat azadlığına çoxvektorlu, universal şəkildə yanaşır. Burada həm socsal plan var, həm yaradıcılıq yönü, həm də, uluslararası səviyyənin, o cümlədən İKT-nin tətbiqi.  Bax, bunlar da, öz-özlüyündə prinsipləri yaxud məsələyə prinsipial yanaşmanı şərtləndirir. Elə deyilmi?

-Elədir. Ümumiyyətlə digər ölkələrlə müqayisədə Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından necə xarakrerizə edilə bilər?

-"Digər ölkələr" yayğın ifadədir - biz özümüzü, türksoylu ölkələrləmi, Qafqaz respublikaları ilə, ümumən possovet ölkələri, müsəlman Şərqi, yoxsa, Doğu Avropa iləmi müqayisə edirik? Biz Batı Avropa, ABŞ mediası səviyyəsinəmi can atırıq? - Bax, bu sırada hansı ölkəni, hansı səviyyəni qoysaq, cavab da ona görə dəyişəcək.  Əlbəttə, biz, daha çox inkişaf etmiş ölkələrin mediasının yaxşı cəhətlərini, səviyyəsini arzu, təmənna edirik. İstəyirik ki, mediamız bizimlə bir şineldən çıxanlara, bizdən öyrənənlərə örnək olsun. Gəlin diqqət edək: "dördüncü hakimiyyət" adlandırılan media, nə zaman öz fünksiyalarını yerinə yetirə bilir? - O azad, müstəqil olanda, siyasi və iqtisadi qurumların əlaltısına çevrilməyəndə.! Digər tərəfdən milli mətbuat anlayışını qəbul ediriksə, milli ehtiyaclarımızı, dünya dövlətləri içərisində haqq etdiyimiz mövqeyə ucalmaq üçün gediləsi yolumuzu da unutmamalıyıq. "Sənət sənət üçündür", "sənət xalq üçündür"... "dilemma"sı varsa və jurnalistika özü də önəmli bir yaradıcılıq qolusa, sənətsə, bu "dilemma" jurnalistlik sənətinə də aiddir, deyə düşünürəm. Bilirsiz, bir var, hansısa məmurun özbaşınalığı, bir də var, dövlətin yanaşması, dövlət başçısının imzaladığı konsepsiya.! Biz hansısa yaramazın özfəaliyyəti timasılnda danışmırıq, bizimçün dövlətin siyasəti önəmlidir, dövlət başçısının jurnalistlərlə bağlı verdiyi tarixi ismarıclar önəmlidir. Biz bugün cənab prezidentin qərarlarının aparıcı media qurumları, nüfuzlu yazarlar tərəfindən necə təqdirlə qarşılandığını görürürk. Biz prezidentimizin "Jurnalistlərin dostu" mükafatına layiq görüldüyünü xatırlayırıq.  Bu qələm adamlarının könüllü gəldiyi qərar, qələmli vətəndaşlarımızın seçmə təmsilçilərinin qəlbinin səsiydi. Və xatırlayırıq ki, dövlət başçımız mükafatın təqdim edilməsi törənində, demokratik toplumun qurulması işində azad medianın özəl rola malik olduğunu dedi və jurnalistlərdən topluma ötürülən sifarişləri, ismarıcları qiymətləndirdi. Eyni zamanda, dövlət siyasəti olmadan bu proseslərin gərəkən səviyyədə təşkil edilməsinin çətinliyini vurğuladı. Məhz bu iki əsas istiqamətin birləşməsinidə, müsbət dinamikanın təminatçısı olaraq dəyərləndirdi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR