Alman Akademik Mübadilə Xidmətinin proqram təqdimatı

Mart ayının  14-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilib. AMEA - dan "Olaylar" - a bildirilib ki, tədbirdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo çıxış edib. Təqdimatçı bildirib ki, DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatlardandı. 1925-ci ildən fəaliyyət göstərən təşkilatın əsas vəzifəsi tələbə, doktorant və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətləri qurmaqdan ibarətdi. 
Tədbirdə DAAD-ın xarici ölkələrdəki büro və məlumat mərkəzlərindən ibarət şəbəkəsinin fəaliyyətindən və təqdim etdiyi xidmətlərdən danışılıb. DAAD-ın bakalavriant, magistrant, doktorant və təcrübəli tədqiqatçılar üçün Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq, intensiv dil kursları keçmək və tədqiqatların aparılması üçün təklif olunan imkanları haqqında geniş məlumat verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR