Birinci vitse-prezidentin tapşırıqlarının icrası ilə bağlı müşavirə keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, müşavirəni Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən olmuşdur və hazırda bu sahədə qətiyyətli addımlar atılır. Ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin aradan qaldırılmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev də bu xətti uğurla davam etdirir. Bu istiqamətdə həyata keçirilən düşünülmüş dövlət siyasəti, isti ocaqlarından didərgin salınmış soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində artıq bu qəbildən olan insanlar hər cür infrastruktura malik mənzillərlə təmin olunub.Müşavirədə Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Nəsimi rayonu sektorunun müdiri Bəyverdi Novruzov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Nəsimi rayon üzrə nümayəndəsi Nizami Musayev, Xocalı rayon İcra Hakimiyyətinin Nəsimi rayon üzrə nümayəndəsi Sahibə Şahmuradova çıxış edərək məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azəbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dərin minnətdarlıqlarını bildirdilər.Məcburi köçkünlərin sıx məskunlaşdığı Azərbaycan Tibb Universitetinin təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev və 3 saylı Peşə məktəbinin direktoru Sabir Əliyev çıxış edərək yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin mənzil - məişət şəraitləri barədə geniş məlumat verərək görülmüş işlər barədə müşavirə iştirakçilarını məlumatlandırıblar. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müşavirəyə yekun vuraraq aidiyyəti qurumlara və şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR