“Azərsu”da Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib  

"Azərsu"da Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib "OLAYLAR"-ın xəbərinə görə, "Azərsu" ASC sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində görülmüş işlər barədə məlumat verib. Almaniya KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Olaf Zumelka təmsil etdiyi bankın Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Şəki şəhərində həyata keçirilən işlərdən razılığını bildirən nümayəndə heyətinin rəhbəri Gəncə şəhərində növbəti mərhələ üzrə tikinti işlərinin başlanılması üzrə iş qrafikinin hazırlandığını diqqətə çatdırıb. Görüşdə eyni zamanda Gəncə və Şəki şəhərləri üçün tullantı sutəmizləyci qurğuların layihəsinin hazırlanması istiqamətində də müzakirələr aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR