Kəlbəcərli seçicilərin problemləri dinlənilib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. "OLAYLAR"- ın xəbərinə görə, qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilib , onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Qeyd edilib ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib. Qəbulda 48 nəfər seçici iştirak edib. Bildirilib ki, Millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR