Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq. Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev - Sahil avtomobil yolundan istifadə etməklə Bakı - Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR