Hərracda 5 avtomobil özəlləşdirilib

Martın 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən "Xəstəxana binasının yarımçıq tikilisi" olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış obyektinin 1-i paytaxtın Nərimanov rayonunda, 2-si isə müvafiq olaraq regionlarda Gəncə şəhəri və Mingəçevir şəhərində yerləşir. Hərracda özəlləşdirilmiş 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və orta həcmli sahibkarlıq fəaliyyəti üçün əlverişlidir. Komitə tərəfindən növbəti hərrac 28 martda keçiriləcək. Hərraca çıxarılan 144 əmlakdan 40-ı səhmdar cəmiyyəti, 77-i kiçik dövlət müəssisə və obyekti və 27-si nəqliyyat vasitəsidir. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR