Komitə ailə, qadın və uşaq məsələləri mövzusunda təlim keçirəcək

15 mart 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN Təlim-Tədris Mərkəzində "Ailə, qadın və uşaq məsələləri istiqamətində şəffaflıq prinsiplərinin və vətəndaşlarla xidmətin təmin edilməsi" mövzusunda təlim keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, təlim "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 8.6-cı bəndinə (ASAN Xidmət" mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi) əsasən təşkil olunacaqdır. Təlimdə dövlət orqanlarında şəffaflıq prinsiplərinin tətbiq olunması, korrupsiyanın qarşısının alınması, dövlət qulluqçuları arasında etik davranış qaydalarının tətbiqi, vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi qaydaları və digər müvafiq mövzular ətrafında müzakirələr aparılacaq. Dövlət qurumlarının, şəhər icra hakimiyyətlərinin yeni əməkdaşlarının iştirak edəcəyi təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ASAN Təlim-Tədris Mərkəzinin, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Dövlət İmtahan Mərkəzinin, "Konstitusiya" Araşdırmalar Fondunun məsul şəxslərinin çıxışları nəzərdə tutulmuşdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR