“Şollar-Bakı su kəmərinin tarixindən” adlı kitab təqdim edildi

Tarix Muzeyində Muzeydə Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsinin 100 illiyi və müəllifləri t.ü.f.d. Fərhad Cabbarov, t.ü.f.d. Məmməd Məmmədov olan "Şollar-Bakı su kəmərinin tarixindən" adlı kitabın təqdimetmə mərasimi keçirilib.

Martın 14 və 18 - də Bakı şəhərində "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək. I Bakı Beynəlxalq Su Həftəsi layihəsi çərçivəsində ilk olaraq AMEA Milli Azərbaycan Tarixi Muzeyində tədbir keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın İctimai Elmlər bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, "Azərsu" Azərbaycan Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Şollar-Bakı Su Kəmərinin mühəndisi Uilyam Lindley, Azərbaycanın neft maqnatı, xeyriyyəçi H.Z.Tağıyevin varisləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı açdı

Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Daha sonra "Azərsu" Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov iştirakçılara Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsi və fəaliyyəti ilə bağlı geniş məlumat verdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR