Hava yağmursuz keçəcək

Bakı və Abşeron yarımadasında martın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi  ilə gündüz cənub-şərq küləyi  əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə 86-95 %, gündüz 60-70 %  təşkil edəcək. Tibbi-meteoroloji proqnoza əsasən, martın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, gündüz qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR