Dünya şöhrətli azərbaycanlı pianoçunun yeni albomunun təqdimatı keçiriləcək

Martın 25-də Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İslam Manafovun dahi bəstəkar Frederik Şopenin əsərlərindən ibarət yeni albomunun Türkiyənin İstanbul şəhərində Cemal Reşit Rey Konsert zalında təqdimatı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, 10 Qremmi mükafatı laureatı, əfsanəvi produsser Kristofer Alderin rəhbərliyi ilə Almaniyanın Hannover şəhərindəki Bethoven zalında yazılmış CD-Albom artıq İsveçrə, Avstriya, Almaniya və digər ölkələrdə satışa çıxarılıb. Soydaşımızın ifasında ərsəyə gəlmiş albomun Avropada ilk tanıtım konserti Avstriyanın Vyana şəhərində, Motsartın yaşadığı evdə keçirilib. Diplomatların, musiqi tənqidçilərinin, dünya şöhrətli musiqiçilərin dinlədiyi konsert anşlaqla keçib və dinləyicilərdə maraq yaradıb. Lüksemburqda çap edilən "Pizzicato" jurnalı və Amerikanın Atlanta şəhərindəki musiqi tənqidçisi Fil Muz soydaşımızın CD-Albomu haqqında yazaraq, onu yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafov uzun illərdir Türkiyədə yaşayır və işləyir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR