Bakıdan Suraxanıya karvan yola düşdü

Martın 14-də İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Televiziyasının birgə təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə bayram tədbirlərinə başlanıb.

Baş İdarədən "Olaylar" - a bildirilib ki, bugün səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyəti binasının yanından yüksək bayram əhval-ruhiyyəsində olan Novruz personajları- Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl, musiqi qrupları, həmçinin süvarilər və faytonların müşayiəti ilə böyük dəvə karvanı Suraxanı "Atəşgahı"na yola salınıb.

Nəzərinizə çatdıraq ki, "Atəşgah"dan od götürən çaparlar dəstəsinin müşayiəti ilə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızın gətirdiyi odla Novruz tonqalı alovlandırılacaq. Saat 19.00-da Dədə Qorqudun Novruz xeyir-duası ilə incəsənət ustalarının iştirakı ilə Qoşa Qala qapısı önündəki Gənclər meydanında bayram konserti və atəşfəşanlıq keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR