Almaniyalı deputatlar Xocalı qətliamı ilə bağlı bəyanat qəbul etdilər

Almaniya Bundestaqının bir qrup üzvü Uve Feiler, Olav Qattinq, Dr. Hans Mişelbax, Dr. Filipp Muhrmann və Norbert Şindler Xocalı soyqırımının 25 illiyi münasibətilə bəyanat qəbul ediblər.Avropa Azərbaycan Cəmiyyətinə (TEAS) daxil olan bəyanatda deyilir ki, fevralın 25-dən 26-na keçən gecə Xocalı qətliamının 25-ci ildönümü qeyd olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 mülki sakin qətlə yetirilmişdir. Xocalı qırğınında 106 qadın, 63 azyaşlı uşaq və 70 ahıl insan öldürülüb. Cəmiyyətdən "Olaylar2 - a bildirilib ki, sənəddə vurğulanır ki, 1988-1994-cü illərdə Sovet İttifaqının süquta uğradığı zaman Dağlıq Qarabağ uğrunda münaqişə başlamışdı. Bu, əhalisi həm etnik azərbaycanlı, həm də ermənilərdən ibarət olan Azərbaycana məxsus region idi. Lakin, Sovet İttifaqı dağıldıqda bu region Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və nəticədə azərbaycanlı əhali ərazidən qovulmuş, təxminən 30 min insan isə həyatını itirmişdir. 1993-cü ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası bu işğalı pisləyərək, Ermənistan qüvvələrinin dərhal ərazidən çıxarılmasını tələb edən sənəd qəbul etmişlər. 1994-cü ilin may ayında tərəflər arasında atəşkəs rejiminin əldə olunmasına dair saziş imzalanmışdır. Həmin vaxtdan etibarən münaqişənin həlli üçün danışıqlar prosesini həyata keçirmək missiyası ATƏT-in Minsk Qrupuna həvalə edilib. Almaniyalı deputatlar Cənubi Qafqazda yaranmış mövcud vəziyyətlə bağlı həm siyasi, həm də iqtisadi cəhətdən narahat olduqlarını ifadə ediblər. Qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərgin vəziyyət hökm sürür. Dağlıq

Qarabağın Ermənistan tərəfindən işğalı faktı beynəlxalq hüququn bütün qaydalarını pozulması deməkdi.

Bəyanatın yekunuda bildirilir: "Xocalı qətliamının 25-ci ildönümü münasibətilə, biz, Almaniya Bundestaqının üzvləri kimi tələb edirik ki, Almaniyanın xarici siyasəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq səylərini gücləndirməli və tərəfləri bu sülhü qorumaq üçün inandırmağa çalışmalıdır. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilməlidir. Məsələnin sülh yolu ilə həlli təhlükəsizlik və iqtisadi baxımdan zəruri olmaqla yanaşı, eyni zamanda, Almaniya və Avropa üçün də yüksək dərəcədə əlverişli olacaqdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR