"Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə növbəti iclas

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində növbəti tədbir təşkil olundu. Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Azərbaycan Tibb Universiteti, "Asan Agentlik" və "ASAN Könüllüləri Gənclər Təşkilatı" İctimai Birliyi, "Həmrəy" Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi, Ümidli Gələcək İctimai Birliyi, "LAYF" Xeyriyyə İctimai Birliyinin əməkdaşları iştirak etdilər.

Tədbirdə iştirakçılara tütünlə mübarizə sahəsinin prioritetləri, problemləri və nailiyyətləri haqqında qısa məlumat verildi. Tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyin təhlili üçün Texniki Məsləhətçi Qrup (TMQ) yaradılıb. Tədbir zamanı İSİM-in mütəxəssisləri iclasın məqsəd və vəzifələri, layihənin 3-cü rübündə planlaşdırılan işlər barədə məlumat veriblər. 

Tədbir çərçivəsində "Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında" Qanun Layihəsinin müzakirəsi üçün Milli Məclisdə planlaşdırılan dəyirmi masanın təşkilinə dair iştirakçılarla fikir mübadiləsi aparıldı. Daha sonra, layihə çərçivəsində nəzərdə tutulmuş 2-ci kütləvi maarifləndirmə aksiyasının və digər aksiyaların təşkilinə dair müzakirələr aparıldı.

Layihə çərçivəsində yaxın 2 ay ərzində nəzərdə tutulmuş kommunikasiya tədbirləri haqda iştirakçılara məlumat verildi. Televiziya kanallarında hazırda müzakirə olunan mövzu ətrafında debatların və "Tütünlə mübarizənin dəstəklənməsinə dair əhali arasında Rəy Sorğusu"nun təşkilin olunacağı bildirildi. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR