Nəsimi rayonunda Novruz bayramı ərəfəsində  növbəti “Abad həyət” sakinlərin ixtiyarına verildi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların  yerinə yetirilməsi  ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur.

Hazırda Möhtərəm Prezidentin razılaşdığı layihələrə uyğun olaraq yerli infrastruktur layihələrin, o cümlədən "Qərənfil" körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır. 1968-ci ildə inşa edilmiş bağçanın ümumi torpaq sahəsi 1.5ha-dır,  3 korpuslu, iki mərtəbəli, 225 yerlikdir. Bağça  12 qrup və 9 köməkçi otaqdan ibarətdir. 12 qrupda 225 usaq tərbiyyə alır, ümumilikdə 54 nəfər işləyir. Əsaslı təmir işləri zamanı körpələr evi-uşaq bağçasında bir sıra yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur. Bağçanın fasadı, dam örtüyü yenidən qurulacaqdır. Bağçanın girişi qranit örtüklə, dəhlizlər PVS materialla döşənəcəkdir. Otaqlar əsaslı təmir olunaraq uşaqların zövqünə uyğun divar kağızları ilə örtüləcəkdir. Bütün avadanlıqlar yenisi ilə əvəz olunacaqdır. Bağçanın həyətində yenidənqurma isləri aparılaraq hasarlar yenilənəcək, müasir uşaq əyləncə  qurğuları və avadanlıqları,  söhbətgahlar  qurulacaqdır. Bağçanın ərazisində digər abadlıq işləri aparılacaqdır. Nəzərdə tutulan işlərin aparılmasında müasir inşaat materiallardan istifadə ediləcəkdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən həmçinin Asif Məhərrəmov küçəsi ilə Moskva prospektləri arasındakı məhəllələrarası ərazidə baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə abadlıq işləri aparılaraq istirahət parkının yenidənqurulması işlərinə başlanmışdır. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün tam şəraitli guşələrin yaradılması, avadanlıq və qurğuların quraşdırılması, əvvəllər  özbaşına primitiv quraşdırılmış yaşlı sakinlərin  nərd, domino oynadıqları kiçik ölçülü yöndəmsiz dəmir konstruksiyalı yerin əvəzinə geniş sahənin, ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsinin yaradılması nəzərdə tutulmuşdur. Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılacaqdır. Məqsəd rayon sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından ibarətdir.

Abadlıq quruculuq işləri çərçivəsində Mir Cəlal küçəsində, Asif Məhərrəmov küçəsində parklar yenidən qurulmuş, geniş abadlıq işləri aparılmış, çoxsaylı binaların fasadları əsaslı təmir olunmuş və "Abad həyət"lər salınmışdır.

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün mövcud parklarda və binaların həyətlərində  yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

Novruz bayramı ərəfəsində  3- cü mikrorayon Rəşid Məmmədov küçəsi 15  ünvanının qarşısında "Abad həyət" Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 120 mənzilli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə 150 ağac əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

Rəşid Məmmədov küçəsi 15 ünvanının qarşısındakı ərazinin sakinləri  öz binalarının həyətlərində  yaradılan abadlığa  görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.Görüşdə qeyd olunmuşdur ki,  bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Hal-hazırda Nəsimi rayonunun  ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq,  yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR