Bakı və Abşeron yarımadasında iki gündür müşahidə olunan tozun miqdarı bir qədər də artacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin son 2 gün ərzində apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının  sanitar normadan artıq olduğu müəyyən edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  bildirib ki, buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

"Bu toz hissəcikləri atmosfer axınları  ilə, əsasən də  cənub, cənub-qərb axınları vasitəsilə Azərbaycana da gəlib.

Bildiririk ki, əlverişsiz meteoroloji şəraitlə bağlı 14 mart 2017-ci il tarixində atmosfer havasında tozun miqdarının bir qədər də artacağı və prosesin martın 15-dən zəifləyəcəyi ehtimal edilir", - deyə o vurğulayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR