Kamal Abdullayev “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndələri ilə görüşüb

Azərbaycanda səfərdə olan antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət "Salaam Şalom Qardaşlığı" təşkilatın üzvləri martın 13-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. Mərkəzdən "Olaylar2 - a bildirilib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevlə təşkilat üzvlərinin səmimi görüşü keçirilib. Dövlət müşaviri Azərbaycan haqqında daha çox öyrənmək istədiklərinə, xalqımızın milli-mənəvi dəyərləri ilə yaxından tanış olmağı arzuladıqlarına görə qonaqlara minnətdarlığını bildirib və onların ölkəmizdən gözəl təəssüratlarkla ayrılacağına ümidvar olduğunu deyib.

Akademik Kamal Abdullayev Azərbaycanda mövcud olan yəhudi icmaları haqqında qonaqlara məlumat verib və bildirib ki, ölkəmizdəki yəhudilər sərbəst şəkildə ibadət edir, öz dini bayramlarını layiqincə qeyd edirlər.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi professor Etibar Nəcəfov, BBMM-in müşaviri professor Aytən Qəhrəman təşkilatla gələcək əməkdaşlığın genişləndirilməsi perspektivlərindən və bunun birgə gələcək layihələrə zəmin yaradacağından söz açıblar.

"Salaam Şalom Qardaşlığı" təşkilatının nümayəndəsi xanım Şeril Olitzkiy təmsil olunduğu təşkilatın əsas məqsədlərindən birinin xalqlar arasında sülhü yaymaq olduğunu vurğulayıb.

Təşkilatın digər nümayəndələri də çıxışlarında Azərbaycanın dünyaya örnək sayılacaq multikultural dəyərlərə, tolerantlıq mühitinə malik olduğunu vurğulayıblar, eyni zamanda Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıblar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR