Mehmet Akif Ersoyun anım günü keçiriləcək

Bakıda Türkiyənin məşhur istiqlal şairi Mehmet Akif Ersoyun anım günü keçiriləcək.  "OLAYLAR"-ın xəbərinə görə, anım günü martın 15-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü ilə keçiriləcək anım gecəsində Türkiyənin ölkəmizdəki səfirliyinin rəsmiləri, millət vəkilləri, fəal ictimai xadimlər iştirak edəcək. Gecədə Mehmet Akif Ersoyun müəllifi olduğu şerlər səsləndiriləcək, dahi şəxsiyyətin yaradıcılığından söhbət açılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR