Ürək qüsurlu uşaqlar üçün “Özəl yaz kampaniyası” keçirilir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında uşaqlar üçün "Özəl yaz kampaniyası" keçirilir. Martın 1-dən başlayan aksiya çərçivəsində 18 yaşadək olan uşaqlarda ürəkdə olan problemləri aradan qaldırmaq üçün kardioloji check-up (EXO, EKG və müayinə) müayinəsi aparılır. Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayevin sözlərinə görə, müayinə zamanı uşaqlarda gizli ürək xəstəlikləri də tapılıb, üzə çıxarılacaq: "Aksiya bayram günlərində də davam edəcək. Həddindən artıq axın var aksiyaya. Bizim əsas məqsədimiz valideynlər arasında maarifləndirmə aparmaqdır, uşağın ürəyinin müayinə olunmasının vacibliyini onlara çatdırmaqdır. Bu məsələ həqiqətən də ciddi şəkildə yayılmalıdır". Kardioloq Elşən Rzayev uşaqlarda rast gəlinən kardioloji problemlərdən söz açaraq, valideynləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycanda ümumiyyətlə, pediatrik kardiologiya yeni yaranmağa başlayıb: "Bir çox valideynlər uşağın ürəyində problem ola biləcəyini ehtimal etmirlər. Yəni əhalimizdə "ürək xəstəliyi yaşlı adamda olar" tipli bir düşüncə var. Amma uşaqlarda anadangəlmə ürək qüsuru hallarına çox rast gəlinir. Bizim işimiz anadangəlmə qüsurları erkən yaşlarda aşkarlamaqdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR