Sürücülərə qarşı reyd - Sərnişinlər endirilir - VİDEO

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra "20 Yanvar" dairəsindən Sumqayıta gedən mikroavtobuslarla bağlı reyd aparılır. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub. Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və sərnişinlər mikroavtobuslardan aşağı endirilib. Xatırladaq ki, ötən gün baş verən qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanmışdı. Qafqazinfo.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR