“Ağ ölüm”lə mübarizə niyə effekt vermir?

Narkomanların cinayətkar, yoxsa xəstə olmasına hələ də aydınlıq gətirilməyib 
 

Azərbaycanda narkomaniyanın geniş yayılması ciddi narahatçılıq doğuran məsələyə çevrilib. Xüsusən, narkomaniyanın qadınlar və azyaşlılar arasında yayılması ciddi düşünməyə əsas verir. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilən məlumata görə, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 29448 nəfərdir. Onlardan dispanser qeydiyyatında olanlar 24056, profilaktik isə 5392 nəfərdir. Narkoman qadınların ümumi sayı 612 nəfər təşkil edir. Təkcə ötən il qeydiyyata götürülən narkonamlardan 459 nəfəri qadındır. Təzadlı məqam ondan ibarətdir ki, narkomaniyaya qarşı mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinə baxmayaraq cinayətkarların sayının artması davam edir. Baxmayaraq ki, narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi baxımından, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığının aşkarlanması məqsədilə müxtəlig kampaniyalar həyata keçirilir, ancaq narkotik maddələrə aludə olanların sayını azaltmaq mümkün olmur. Etiraf edilməlidir ki, bu məsələdə narkomanların xəstə, yaxud cinayətkar olması məsələsinə aydınlıq gətirilmədiyindən görülmüş işlər gözlənilən effekti vermir. Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov deyib ki, Azərbaycanda həbs olunanlardan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham olunur. Kollegiya sədri bildirib ki, hakimlər bu cür məsələlərdə diqqətli olmalıdır: "Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlərin 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir. Cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur. Bir müddət əvvəl 65 məhkum bizə müraciət edib. Onlar da oxuyurlar fərmanları, görürlər ki, prezidentin mövqeyi məhkumların vəziyyətinin humanistləşməsinə yönəlib. Onlar xahiş edirlər ki, azad olunmalarına yardım göstərilsin. Bəziləri bildirirlər ki, qanunsuz yerə məhkum olunublar. Biz də baxılmış işləri təhlil edəndə, görürük ki, polislər yenə də plan doldurmaqla məşğuldurlar. Cinayət təqibi orqanlarını başa salmalıyıq ki, belə olmaz. Narkomandırsa, narkotik dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb olunsun. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və həmişə "kalpak" altında saxlanılırsa ki, lazım olanda həbs olunsun, bu düzgün deyil. Nəyə lazımdır bu? Mən hakimlərdən xahiş edirəm diqqətlə yanaşsınlar buna. Qanunsuz azadlıqdan məhrum etmə hallarına yol verilməsin. Bəli, əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və biz bunu alqışlayırıq. Lakin hakimlər hər zaman cəsarətli olmurlar. Qanunsuz, əsassız hökm çıxarmaq olmaz". Göründüyü kimi, narkomanlara cinayətkar kimi yox, xəstə kimi yanaşılması problemin aradan qalxmasına yardıçğmçı olardı. Bununla yanaşı, "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanuna əsasən, bu sahədə aparılan müalicə, mübarizə tədbirləri, onların dövriyyədən çıxarılaraq məhv olunması islah olunmaları üçün insanları həbsxanalara doldrmaqdan daha effektli olardı. Bəs, bu istiqamətdə hansı tədbirlər həyata keçirilir? Narkomanlığa və Narkotik Maddələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən Tədbirlər Planını təsdiq edib.Tədbirlər Planına uyğun olaraq bilavasitə nazirliyin təlimati göstərişləri və tövsiyələri əsasında yerli təhsil orqanları və müəssisələri tərəfindən yerlərdə narkomaniyaya qarşı mübarizə və bununla bağlı tərbiyə sahəsində təbliğat və maarifləndirmə işləri daha da gücləndirilib, bu məqsədlə şagird və tələbələr arasında təşviqat xarakterli görüşlər, "dəyirmi masalar", müsabiqələr və digər tədbirlər təşkil edilib. Eyni zamanda sərhəd məntəqələrinə şagirdlərin ekskursiyaları təşkil olunub, burada narkotik maddələrin, qaçaqmalçılığın cinayət əməli olması, xüsusilə də narkotiklərin istifadəsinin ağır nəticələri barədə uşaq və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumat verilib. Tədbirlər Planına uyğun olaraq təhsil müəssisələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iştirak edən dövlət və qeyri-hökumət təşkilatlarının təşkil etdikləri tədbirlərdə fəal iştirak edib, onlara müvafiq köməklik göstəriblər. Bunlarla yanaşı, respublikanın təhsil müəssisələrində "Narkomaniya əsrin bəlasıdır", "Narkotiklərə yox deyək", "Gənclər sağlam həyat tərzini seçirlər", "Narkotiksiz Azərbaycan" mövzularında toplantılar, görüşlər, müzakirələr keçirilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir.Təhsil Nazirliyi sistemindəki valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil aldığı müəssisələrdə qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif vaxtlarda narkotik vasitələrin insan orqanizminə zərərli təsirləri barədə maarifləndirici təlimlər təşkil edilib. İnternat məktəblərində yuxarı sinif şagirdlərinə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş mühazirələr keçirilib. Ali təhsil müəssisələrində "Narkomaniya-ictimai bəla", "Narkotik maddələrdən asılılığın törətdiyi fəsadlar" və s. mövzularda seminarlar, həmçinin ənənəvi olaraq Azərbaycan Müəllimlər İnstitutunda Bakı şəhərində fəaliyyət göstərən ali məktəblərin, kollec və orta məktəblərin, məktəbdənkənar müəssisələrin məsul əməkdaşlarının iştirakı ilə "Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu" mövzusunda elmi-praktiki konfrans keçirilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı vacib məsələlərdən biri kimi narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə təhsil və gənclər təşkilatları, əmək kollektivləri və valideynlər üçün Təhsil Nazirliyinin təşkilatçılığı və beynəlxalq humanitar təşkilatların texniki dəstəyi ilə müxtəlif dərs vəsaitləri, proqramlar, Təhsil Problemləri İnstitutu tərəfindən "Məktəblilərin narkotik vasitələrdən qorunması yolları" adlı metodik vəsait və "Narkomaniyaya qarşı mübarizədə məktəb psixoloqlarının rolu" adlı metodik tövsiyələr hazırlanıb. Fakt isə ondan ibarətdir ki, hazırda narkomanların cavanlaşması prosesi gedir. 

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR