Dini Komitənin sədr müavini Daxili Qoşunların şəxsi heyəti ilə görüşüb

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun şəxsi heyəti ilə növbəti  görüşü keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə dini radikalizm və ekstremizmin mahiyyəti, səbəbləri, təzahür formaları və ona qarşı keçirilən mübarizə tədbirləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb. Tədbirdə xüsusilə vurğulanıb ki, bəzi xarici dairələr öz geosiyasi və geoiqtisadi  maraqları naminə dini zəmində münaqişələrin genişləndirilməsinə və İslam dinini gözdən salmaq məqsədi ilə bu dini terrorla eyniləşdirməyə cəhdlər edirlər.  Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin digər müvafiq dövlət qurumları ilə birlikdə dini ekstremizmə qarşı apardığı effektiv mübarizə tədbirləri barədə də görüş iştirakçılarına məlumat verilib.

Azərbaycanda mövcud olan dövlət-din münasibətləri, multikulturalizm və tolerantlıq modelinin dünya üçün nümunə olduğu diqqətə çatdırılıb. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə  ölkəmizdə "İslam Həmrəyliyi İli"nin  elan olunması radikalizmə, eləcə də dünyada dini zəmində baş verən münaqişələrin qarşısının alınması istiqamətində atılan uzaqgörən addım kimi qiymətləndirilib.

Tədbirdə, həmçinin respublikamızda dini sahədə sabitliyin qorunub saxlanılmasında və möhkəmləndirilməsində hər bir vətəndaşın çalışmalı olduğu diqqətə çatdırlıb. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR