Rus dilinə niyə xarici dil statusu verilmir?

Azərbaycanda rus dili xarici dil kimi qəbul olunmur. Elə bu səbədən də ölkədə fəaliyyət göstərən bir sıra yerli və transmilli şirkətlərdə sənədləşmə işi rus dilində aparılır. Hətta belə şirkətlərdə müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ sənədlər, və nümunələr rus dilindədir. Transmilli şirkətlər Rus dilinin ölkədə xarici dil kimi qəbul edilməməsini əsas gətirərək "Azərbaycan dili haqqında" qanununa çox rahat şəkildə hörmətsizlik nümayiş etdirirlər. Əslində müstəqil  respublikamızda sənədləşmə işinin rus dilində aparılmasına nəzarət edəcək bir qurum yoxdur. Məhz bu kimi halların nəticəsidir ki,  hətta ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarında ingilis, fransız, ərəb dillərindən fərqli olaraq rus dili xarici dil kimi salınmır. Hansı ki, abiturientlərə orta məktəblərdə rus dili xarici dil kimi tədris edilir. Ardınca ali məktəblərdə doktorontların imtahanı zamanı digər xarici dillər üzrə xüsusi komissiya yaradıldığı halda, rus dili nəzərə alınmır. Nəticədə rus dilində təhsil almış azərbaycanlılar əlavə olaraq ingilis, yaxud fransız dilində imtahan vermək məcburiyyətində qalırlar. Belə bir vəziyyət isə Azərbaycan vətəndaşları üçün çoxsaylı problemlər yaradır. Belə ki, son illərdə ali təhsil müəssisələrinin rus bölmələrinə sənəd verən  abituriyentlərin sayı kəskin azalıb. Buna səbəb intelektual potensiala malik gənclərin elmi işlərini rus dilində müdafiə edə bilməmələridir.  İndi belə bir sual yaranır, Azərbaycanda rus dilinin qeyr-rəsmi olaraq dövlət dili səviyyəsinə qaldırılmasında məqsəd nədir? Nədən, rus dilinə xarici dil statusu verilmir?

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR