Ombudsmanın Milli Preventiv Qrupu Lapşinlə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar XidmətininBakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Bu haqda "Olaylar"a Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi, saxlanılan şəxslərin hüquqlarının təmin olunması olub. Başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan təqsirləndirilən şəxs Aleksandr Lapşin də fərdi qaydada qəbul edilib. O, saxlanılma şəraitindən və müəssisə əməkdaşlarının rəftarından, müəssisəyə gətirilən zaman keçirildiyi tam tibbi müayinədən və bu xidmətin, habelə qida təminatının keyfiyyətindən razılıq edib, qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunduğunu və maneəsiz istifadə etdiyini bildirib. A.Lapşin vəkil və tərcüməçisi, habelə vətəndaşı olduğu Rusiya və İsrail dövlətlərinin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəsmiləri ilə də sərbəst görüşdüyünü qeyd edib. Onun saxlanılması ilə bağlı sənədləşmə öyrənilib, habelə kamerasına baxış keçirilib və hüquqlarının təmin olunduğu müəyyən edilib. Ona hüquqları bir daha izah olunub, Azərbaycan Ombudsmanının səlahiyyətləri barədə məlumat verilib və o, qəbula görə təşəkkürünü bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR