Ailədaxili münaqişələrin kökündə nə dayanır?

"Ailədaxili münaqişələrin yaranma səbəblərinin kökündə ilk öncə formalaşmamış, özünü, ailə məsuliyyətini tam dərk etməyən şəxslərin nikaha daxil olması dayanır. Bəzi valideynlər elə bilirlər ki, övladları şəxsiyyət vəsiqəsi alıbsa, artıq rahat şəkildə nikaha daxil ola bilərlər. Ancaq onlar hələ ailə məsuliyyətinə tam hazır olmurlar". Bunu  Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

Onun sözlərinə görə, ailə məsuliyyətini dərk etməyən gənclər nikaha daxil olduqdan sonra münaqişələr baş verir: "Ola bilər ki, oğlan və ya qız fizioloji cəhətdən ailə qurmağa hazırdır, ancaq psixoloji cəhətdən yox. Bu zaman ailədə soyuqluq yaranır, münaqişələr olur, alyans pozulur. Belə hallar birbaşa olaraq övladın valideynlərinə, müəllimlərinə, dostlarına münasibətinə, təhsilinə mənfi təsir edir. Valideynlər tez-tez uşaqlarının aqressiv olduğundan, söz eşitmədiyindən şikayət edirlər. Amma uşaqlarda aqressiyanı yaradan daha çox valideynlərdir".

Psixoloq bildirib ki, ailədaxili münasibətlərdə nikaha daxil olanların aldıqları mənəvi tərbiyə də rol oynayır: "Uşaqların yalnız sosial durumunu düşünmək kifayət deyil, valideynlər övladlarının mənəvi cəhətdən inkişafı istiqamətində də çalışmalıdırlar. Bir çox valideynlər uşaqların sakit olmaları üçün onların müstəqil şəkildə internetdən istifadəsinə icazə verirlər. Nəticədə isə uşaqlar onların tərbiyəsinə və psixologiyasına mənfi təsir edən saytlara daxil olurlar. Bu isə gələcəkdə onlarda problemlər yaradır. Valideynlər sual yaranan zaman psixoloqlarla məsləhətləşməlidirlər. Çünki uşaqların psixoloji durumu çox önəmlidir". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR