Avtomobil yollarında qarın təmizlənməsinə kifayət qədər texnika cəlb edib

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq "Azəravtoyol" ASC- gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.  Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan
küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib. Maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb. Cəmiyyət tərəfindən aparılan qabalayıcı tədbirlərin nəticəsində qısa müdət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləisz hərəkəti təmin olunub. Hazırda "Azəravtoyl" ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır.

Xatırladaq ki, "Azəravtoyol" ASC-nin yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində gördüyü işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar. Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də "Azəravtoyol" ASC tərəfindən bu cür hazırlıqsız sürücülərə yollara çıxmamalarını tövsiyyə edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR