limon suyu həzm problemi üçün əla ilacdır...

Məlumata görə limon suyu həzm problemi yaşayan insanlara yaxşı təsir göstərir. Bunun üçün bir neçə damla limon suyunu isti suya əlavə edib qarışdırmaq lazımdır. Hazırlanan məhluldan qaraciyər xəstələri də istifadə edə bilər.

Onuda qeyd etmək lazımdır ki, limon suyunun tərkibində olan turşu orqanizmə düşən infeksiyalara qarşı yaxşı təsir göstərir.
Bundan əlavə ürək xəstəlikləri, ürək-damar narahatlıqları yaşayanlar üçün təbii antioksidantdır. Bədəni qorumağa və qüvvətləndirməyə kömək edir.

Təzyiqi və xolesterolu olanlar da limon suyundan istifadə edə bilər. Xüsusi ilə ləzzətli yeməklərin (ət və dəniz canlıları) üzərinə sıxıldıqda gözəl dad və qoxu verir.
Anti bakterial təsiri olduğundan həzm sistemi problemlərini önləyir. Həmçinin hüceyrələrdə yarana bilən maddələr mübadiləsi problemi üçün faydalıdır.

Az miqdarda qliserin ilə tətbiq olunan limon suyu isə gözəllik üçün istifadə oluna bilər. Quru dərilərə yaxşı təsir göstərir.

Günəşdə qurudulan limon qabıqları saçlara tətbiq olunduqda baş ağrısını almağa və sərinlətməyə kömək edir. Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR