Sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində,  Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 yanvar  və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb. BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır. Məlumat üçün onu da qeyd edək ki, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 40 km/saat endirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR