Diqqət: Nar qabığı yaşlanmanı gecikdirir

Bildiyimiz kimi nar, bəzi xəstəliklərin müalicəsində istifadə olunur. Xüsusilə yetkinlik yaşına çatmayanların sevimli meyvəsi olan narın, öz kimi qabığı da şəfalıdır. Məlumata görə nar qabığında olan qida dəyəri bir çox qidanın və meyvənin qida dəyərinə görə çoxdur. Bu meyvənin qabığında antioksidant olduğundan yaşlanmanı gecikdirərək, bir sıra xəstəlikləri müalicə edir. Edilən elmi araşdırmalar göstərib ki, xəstəliklərdən qorunmaq üçün nar qabığından faydalanmaq lazımdır. Orqanizmə təsirli olan bir sıra cəhətlərini sadalayaq:

*Nar qabığında C vitamini olduğundan uşaqların böyüməsinə dəstək olur. Sümüklər və dişlər üçün təbii müalicə vasitələrindən biridir.
Orqanizmdə xəsarət göstərən bölgələrə tətbiq olunduqda sürətli yaxşılaşma gedir.

*Nar qabığı boğaz ağrılarının və öksürəyin keçməsinə köməkçi olur. Bunun üçün meyvənin qabığını qurudaraq toz halına gətirmək lazımdır.
Daha sonra suya qarışdırıb qarqara edərək boğaz ağrılarının və öskürəyin qarşısını almağa kömək olur.

*Nar qabığı ilə sağlam diş və diş ətlərinə də sahib olmaq mümkündür. Qurudulmuş toz halına gətirilən nar qabığını suya qarışdırıb qarqara etdikdə diş və diş ətlərinə təsirli olur.

*Bəzi məlumatlara görə orqanizmin təmizlənməsində nar qabığı bir detoks kimi təsir göstərir. Bundan əlavə nar qabıqları zəhərli maddələrin bədəndən atılmasına da yardımcı olur.

*Saçların sürətli uzanmasını təsirlidir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR