ABŞ alimləri: Boşanmış qadınlar daha çox infarkta məruz qalır

Məlumata görə ABŞ-da aparılmış bir tədiqat göstərib ki, boşanmışlar, boşanmamışlardan daha çox infarkta məruz qalır.
15 min 827 insandan alınmış məlumatlardan bəlli olub ki, qadınlar bu məsələdə daha kövrəkdirlər.
"Circulation" elmi jurnalında dərc olunmuş elmi nəticələrə görə boşanma ilə əlaqəli olan xroniki stress bütün orqanizmə təsir edir.
Britaniya Ürək Fondu (The British Heart Foundation) isə bildirir ki, boşanmanın ürək üçün risk təşkil etməsinin təsdiqinə daha çox araşdırma tələb olunur.

Britaniyanın Duke Universitetindəki tədqiqatçılar komandası boşanmanın belə bir risk yaratdığını isbat etməyə çalışırlar. Bu tədqiqatın aparıldığı 1992-2010-cu illər müddətində sözü gedən qrupda təxminən hər üç nəfərdən biri boşanıb. Nəticələr göstərir ki, bir dəfə boşanmış qadınların infarkt riski az olmur. Kişilərdə isə bu riskin dərəcəsi müvafiq olaraq 10 və 30 faizdir. Tədqiqatçılardan biri olan professor Linda George deyir ki, boşanmadan doğan risk yüksək qan təzyiqi səviyyəsindədir. Yenidən evlənmə məsələsində qadınlar üçün risk faizi cüzi azalmış olur, kişilərdə isə yüksəlir. Professor George deyir ki, bu, tədqiqatın ən maraqlı hissəsidir.
Onun sözlərinə görə, kişilər subaylıqdansa, evlilikdə daha rahatdırlar və müxtəlif qadınlarla yola gedə bilirlər. Professor George öz müsahibəsində deyib ki, fizioloji narahatlıq immun sistemi üzərinə düşən daimi stress deməkdir. Belə stress iltihabı və hormonları artırır. Professorun fikrincə, boşanma ilə əlaqədar depressiyanın cinsə görə fərqli olduğu aşkardır. Qan təzyiqinin özünü də tənzimləyən həblər var, lakin boşanmanın ağrısını kəsən həb hələ icad edilməyib.
Tədqiqatçılar bu məsələdə ürək-dirək verən dostların dəstəyini çox müsbət faktor kimi dəyərləndirirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR