Gənclərin biznes quruculuğuna dəstək verilib

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclərin biznes quruculuğuna dəstək" adlı pilot layihə uğurla başa çatıb. "OLAYLAR"-ın xəbərinə görə, Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılan layihənin əsas məqsədi gənclərin kiçik biznes quruculuğuna təşviq edilməsinə, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılmasına, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək etmək idi. Layihənin ilk mərhələsində təcrübəli ekspertlər və sahibkarlar tərəfindən gənclər üçün təlim proqramı təşkil olunmuş, biznes quruculuğu, biznes etikası, investorlara 5 dəqiqə ərzində ideyanı təqdim etmək, müştəri məmnuniyyəti, ideyanı biznese çevirmək, strateji planlaşdırma, maliyyə axtarışı, risklərin idarə olunması və s. mövzularda tədris prosesi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR