Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib

Fevralın 16-da "Sabahın alimləri" VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndiyini vurğulayıb. Nazir qeyd edib ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38 nəfəri son dörd ildə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar.

"Sabahın alimləri" müsabiqəsinə ölkə miqyasında marağın və iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını deyən nazir bildirib ki, builki yarışmada ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR