AMEA-da yalançı elmə qarşı mübarizə komissiyası yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yalançı elmə qarşı mübarizə üzrə komissiya yaradılıb. AMEA-dan verilən xəbərə görə, komissiyasının yaradılması elmi nüfuzdan salan, saxtalaşdırılmış elmi nəticələrə əsaslanan yalançı elmi iddiaların yayılmasına və təbliğatına qarşı fəaliyyət göstərmək məqsədi daşıyır. AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev bildirib ki, komissiyanın əsasnaməsinə görə, bu qurum Rəyasət Heyətinin nəzdində olmaqla ictimai əsaslarla AMEA-nın elmi-məsləhətçi orqanı sayılır.

Alim qeyd edib ki, komissiya AMEA-nın elmi bölmələrinin, müəssisə və təşkilatlarının yalançı elmə və elmi tədqiqatların saxtalaşdırılmasına qarşı mübarizə üzrə fəaliyyətinin koordinasiyasını təşkil edir.

Həmçinin istehsalata tətbiq olunan və hərbi təyinatlı yeni layihələrin elmi ekspertizasının təşkilinə və keçirilməsinə yardım edir. D.Tağıyevin sözlərinə görə, ehtiyac olan hallarda müxtəlif nazirliklər, ali məktəblər və ictimai təşkilatlarla əməkdaşlıq etmək, kütləvi informasiya vasitələrində yalançı elmlə mübarizəyə qarşı yönəldilmiş materialların nəşr olunmasına köməklik göstərmək və ölkədə yalançı elmə  məxsus olan məlumatların yayılması və təbliği ilə əlaqədar mövcud vəziyyəti analiz etmək Komissiyanın əsas fəaliyyət istiqamətlərindəndir. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR