AMЕA Naхçıvan Bölməsinin elmi işçisi AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

AMЕA Naхçıvan Bölməsinin kiçik elmi işçisi Turac Süleymanova elmi fəaliyyətində fəqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Gənc elmi işçiyə Fərmanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında, AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

Qeyd edək ki, Turac Süleymanova Təbii Ehtiyatlar İnstitutunun "Mineral xammalın kimyası və texnologiyası laboratoriyası"nın kiçik elmi işçisidir. Arsenin ikili və mis, gümüş, talliumun üçlü birləşmələrinin su və üzvi mühitdə yeni alınma metodlarının işlənməsi gənc tədqiqatçının elmi tədqiqat işidir. Haliyədə o, yarımkeçiricilərin yeni, daha sadə alınma üsullarının işlənməsi və su mühitində alına bilməyən nanobirləşmələrin üzvi mühitdə yeni alınma üsulları üzərində tədqiqatlar aparır.

Turac Süleymanova ötən il Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə "Gənc alim" nominasiyası üzrə mükafatlandırılıb. Onun elmi məqalələri yerli jurnallarla yanaşı Türkiyədə, Avstriyada, Rusiyanın Tomsk və Voronej Dövlət Universitetlərinin jurnallarında işıq üzü görüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR