Ədliyyə Nazirliyi  prezidentin sərəncamından irəli gələn vəzifələri müzakirə edib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin geniş Kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən nazir ölkədə aparılan hüquq islahatları çərçivəsində ədliyyə, xüsusilə penitensiar sistemin inkişafı, cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi sahəsində strateji prioritetləri müəyyən edən proqram xarakterli Sərəncamın müstəsna əhəmiyyətini qeyd edib, bu mühüm sənədin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını daim bəyan edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin humanist siyasətinin, insan hüquqlarının daha etibarlı təmin olunmasına qayğılı münasibətinin təzahürü olduğunu vurğulayıb. İclasda azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəmizə qəbul edilməsi işinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunub, müvafiq icraat qaydalarına, habelə digər normativ sənədlərə baxılaraq təsdiq edilib. Həmçinin, bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR