Qanunla ailədaxili münaqişələri tənzimləmək mümkün deyil

"Ailə cəmiyyəti formalaşdıran əsas institutlardan bir olsa da, onun görünən və görünməyən tərəfləri var". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün parlamentdə Ailə institununun formalaşmasında  adət-ənələrimiz silsilədən "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılaması yollar" mövzusunda keçirilən dəyirmi masada səsləndirib. Bildirib ki, cəmiyyətin formalaşmasında ailənin rolu müstəsna olduğundan bu institutun sağlam əsaslar  üzərində qurulması zəruridir:"Cəmiyyətin formalaşmasında müstəsna rola malik olan ailə institununun da üzləşdiyi ciddi problemlər var və bu ailədaxili münaqişələrin yaranmasının müxtəlif təzahürləri var. Bunu yaradan amillər çoxdur". A.Naxçıvanlı əlavə edib ki, ailədə yaranan problemlər  nəinki ailədaxili, qohumluq münasibətlərinə, sonda cəmiyyətə də sitrayət edərək  mənfi təsirlər edir: "Ona görə də  ailədaxili münaqişələrin, məişət zorakılıqlarının qarşısını vaxtında alıb, təhlil edib adekvat addımlar atmaq lazımdır". Komitə sədri deyib ki, baxmayaraq  ailədaxili münasibətləri tənzimləyən qanun bazası olsa da, heç də, hər zaman bu qanunlar ailədaxili münasibətləri tənzimləmək mümkün  deyil: "Çünkihər bir ailənin öz qanunları var. Böyük ailələrdə kiçik ailələr olur, bəzən valideynlər öz övladını təsiri altında saxlayıb, ayırmaq istəmir, ailə münasibətlərindəki ziddiyətlər yaranır və belə hallar sonda ailələrin dağılmasına gətirib çıxarır. Bundan sonda cəmiyyət əziyyət çəkir. Biz bu halalrın qarşısına almaq üçün adekvat addımlar atmaq lazımdır. Bu hallara laqeyd yanaşmaq olmaz. Bu prosesdə bütövlükdə cəmiyyət iştirak etməlidir".

.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR