ATU həkimləri iranlı cərrahın xəstənin qarnında unutduğu cismi çıxardılar

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub. Yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşib. ATU-nun mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblərmiş.  Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı ayınlaşıb. Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Və xəstə dərhal Professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Yüksək səviyyədə keçən əməliyyat uğurlu olub. Hazırda xəstənin vəziyyəti stabilləşib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR