“Biz Dağlıq Qarabağa hökmən qayıdacağıq” – Yaqub Mahmudov

"Əsrin Faciəsi sənədli filmi və "Soyqırım Muzeyi" kitab-albomun təqdim olundu

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA Tarix İnstitutunun birgə ərsəyə gətirdikləri "Soyqırım muzeyi" kitab-albomun və Hərbi Prokurorluğunun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanmış "Əsrin Faciəsi sənədli filminin və təqdimat mərasimi keçirildi. Milli Məclisin bir qrup deputatlarının, Hərbi Prokurorluğun məsul işçilərinin və Tarix İnstitutunun əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mərasimini giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirdi ki, bu günlər həm Azərbaycanda, həm də dünyanın əksər ölkələrində XX əsrin faciəsi - Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almayıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində "Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında" Sərəncam imzalamışdır. Prezidenti Administrasiyası bu sərəncamın icrası məqsədilə tədbirlər planı təsdiq edib" - deyə, Mayıl müəllim bildirdi.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirdi ki, ,  institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidi. " Mahiyyətcə biz  öz təbliğat sistemimizi yeni mərhələyə çatdırmışıq. Təbliğatımızın əsas məqsədi ondan ibarətdir ki, 200 ildən çox müddət ərzində Azərbaycan xalqına qarşı dünyanın ən dəhşətli soyqırımlarından biri törədilib. Uzun müddət bizim xalqımızın başına gətirilən bu soyqırımlar gizli saxlanılıb. Car Rusiyası və  Bolşevik Rusiyasının hakimiyyəti dövründə və müstəqillik dövründə biz tarix elmində yeni mərhələyə qədəm qoyduq. Tariximizi yenidən yazırıq. Azərbaycana qarşı aparılan arzuolunmaz siyasətin mahiyyəti ondan ibarətdi ki, Azərbaycan ikiyə bölündükdən sonra sistemli şəkildə Cənubi Qafqazda bizim xalqımızı məhv edilsin. 18 - 20 ci illərdə Azərbaycan tarixinin səhifələrinə xüsusilə amansız  səhifələr yazıldı. Bütün bunların mahiyyət ondan ibarət idi ki, çox geniş ərazilərimizdən xalqımızı məhv eləmək və xalqımızı oradan çıxardıb "Böyük Ermənistan" yaratmaq istəyirdilər.  

Bu günkü  təqdimat mərasimin əhəmiyyəti ondan ibarətdir ki, 25 ildi bütün dünyanın gözləri qarşısında Xocalıda dəhşətli soyqırım törədilmişdi. Artıq bu soyqırımı böyük dövlətlər bilir. Lakin buna baxmayaraq, bu günə qədər bu məsələyə hələ də biganə yanaşırlar. Ona  görə biz Hərbi Prakrorluqla bərabər soyqırım cinayətlərinin tarixini, Xocalı cinayətinə gələn yolu birlikdə araşdırırıq. Hərbi Prakrorluqda çox böyük, möhtəşəm muzey yaradılmışdı. Belə muzeyi biz Ankarada yartmışıq və dünyanın bir çox ölkələrində bu səpkidə işləri davam elətdirirk.  Bizim əlimizdə artıq küllü miqdarda sənədlər var. Dehlidən, Ankaradan, İstanbuldan, Moskvadan, Berlindən, Londondan bu sənədləri toplayıb, tarixi səpgidə sübüt olunan soyqırımıdı ki, bir xalqı yerli - dibli Cənubi Qafqazdan, Şərqi Anadoludan məhv eləmək tarixi sənədlərvə Xocalı soyqırımı bunu sübüt edir. Birləşmiş Millərlər Təşkilatının soyqırımla bağlı qərarı olmasına baxmayaraq, bu qərar yerinə yetirilmir.  Ona görə də Hərbi Prarkrorluq xətti ilə işlənməsi, istintaq prosesinin aparılması bu məsələni hər zaman diqqətdə saxlacaq.

Kitabda konkret sənədlər, faktlar mövcuddu. Bütün bunlar dünyaya çatdırmaq istədiyimiz iddianamədi. Dünyaya bu soyqırımı çatdırmaqda Leyla Əliyevanın başlatdığı "Xocalıya Ədalət" kompaniyası bu soyqırımı dünyaya tanıtmaqda böyük əhəmiyyəti var.

Biz Dağlıq Qarabağa hökmən qayıdacağıq" - deyə, Yaqub Mahmudov bildirdi.

Muzey 4 bölmədən - tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir. Təqdimat mərasimində bildirildi ki, muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barəsində tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdi.

Qeyd edək ki, layihə müəllifləri Tarix İnstitutunun direktoru Y.Mahmudov və Hərbi prokuror X.Vəliyevdi.

NigarNigar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR