Azərbaycanda Probasiya Xidmətinin yaradılması çox vacibdir

Bu institun yaradılması cinayətkarlığa qarşı mübarizədə  etibarlı üsul olacaq

Prezident İlham Əliyev tərəfindən imzalanan "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam cinayət təqibi və cəzaların icrası sahəsində hüquqi islahatların yeni mərhələsi kimi tədqir olunur.  Sərəncamda  alternativ cəzaların geniş  tətbiqindən bəhs edildiyini deyən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, Prezident sərəncamda  dövlət orqanlarına tapşırıqlar və tövsiyələr verir ki,  bu istiqamətdə qanunvericiliklə bağlı dəyişiklikləri hazırlayıb təqdim etsinlər: "Azərbaycanda  alternativ cəza institutunun tətbiqi geniş yayılmayıb, daha çox  azadlıqdan məhrumetmə cazaları məhkəmələr tərəfindən tətbiq olunur, heç  şübhəsiz ki, bu zaman  bu, bütün hallarda  nə səmərəli effektli nəticələrə, nə də şəxsin  islah edilməsinə gətirib çıxarır. Əslində, şəxs cəzaçəkmə  müəssisəsinə daxil olduqdan sonra, o, yeni bir sürmədəniyyəti özündə formalaşdırmağa çalışır. Çünki  orada fərqli bir mədəniyyət var və  bu da gələcəkdə azadlığa çıxandan sonra yeni cinayətlərin törədilməsinə əlavə imkanlar yarada bilər.O baxımdan da hesab edirəm ki, alternativ cəzalarla bağlı sərəncamda verilən tövsiyə və tapşırıqlar təqdirəlayiqdir.  Xüsusilə də Prezident sərəncamda göstərir ki,  alternativ cəzaların tətbiq edilməsi  genişlənməlidir. Əgər Azərbaycan təcrübəsinə baxsaq görərik ki,  bizdə daha çox məhkəmələr tərəfindən  azadlıqdan məhrumetmə cəzası verilir. Bu, bütün hallarda səmərəli nəticələrə gətirib çıxarmır. Ona görə də maksimum həddə  şəxsi cəmiyyətdən təcrid etmədən onun islahına nail olmaq vacib bir məsələ kimi sərəncamda qoyulub. Eyni zamanda,  az ağır və xüsusilə  ağı, böyük ictimai təhlükə törətməyən cinayətlərin, cinayət etmiş şəxslərə münasibətdə  müstəsna hallarda həbs-qətimkan tədbirlərinin  keçirilməsi məsələsinin diqqətlə araşdırılması  da sərəncamda tapşırıq olaraq əksini tapıb". Onun sözlərinə görə,  şəxs cinayət  törətdikdə  məhkəmələr tərəfindən  onun barəsində yalnız həbs- qətimkan tədbiri seçilir: "CPM-də daha çoxsaylı həbs- qətimkan tədbirləri,  prosessual  məcburetmə tədbirləri var. Məsələn,  girovun tətbiqi, ev dustaqlığı,  zaminliyə vermə, şəxsin zaminliyə verilməsi, başqa yerə getməmək barədə iltizamın alınması və s. amma bu kimi  qətimkan tədbirlərindən  istifadə olunmur. Bunun istifadə olunmaması şəxsin müvəqqəti  olaraq,  penitensiar  müəssisələrinə daxil olmasına  gətirib çıxarır.  Prezident sərəncamda qeyd edib ki, yalnız müstəsna hallarda , diqqətlə araşdırıldıqdan sonra, az ağır böyük ictimai təhlükə etməyən şəxslər barəsində həbs- qətimkan tədbiri seçilir. Eyni zamanda,  Prezident qanunvericilikdə bu istiqamədə də  bir sıra dəyişikliklərin  edilməsini tövsiyə edir. Göstərir ki, ayrı-ayrı cinayətlərin sanksiyalarında alternativ  cəzaların tətbiqi imkanları genişləndirilsin". Ə.Nuriyev əlavə edib ki, sərəncmda bəzi əməllər və hərəkətlərə görə,  cinayət sayılan  əməllərin dekriminalaşdırılması təklif olunub. Bu da onda irəli gəlir ki,  artıq iqtisadi fəaliyyət sahəsində edilən cinayətlərə  dekriminallaşdırmanın vacibliyi qeyd olunub: "Yeri gəlmişkən  qeyd edim ki, Azərbaycan  CPM-də  38 maddədə iqtisadi  fəaliyyət sahəsində  baş verən cinayət tərkibi nəzərdə tutulub. Güman edirəm ki,  sərəncamda verilən tapşırıqlara görə, eyni  zamanda dekriminalşdırma - yəni   əməlin cinayətsizləşdirilməsi,  əmələ görə  cinayət cəzasının nəzərdə tutulmaması, eyni zamanda maddi ziyan dəymiş işlər üzrə, xüsusilə də  maddi ziyan ödənilərsə, tərəflərin barışığı olarsa, həmin şəxslər barəsində də azadlıqdan məhrumetmə cəzsının tətbiq edilməsi məhdudlaşdırılır. Bu da öz növbəsidə cəmiyyət üçün yüksək səviyyədə arzuolunan məqamdır". Sərəncamda probasiya ilə bağlı məqamlara da aydınlıq gətirən Ə.Nuriyev qeyd edib ki, yenilikərin ediləcəyi probasiya sahəsi də təqdirəlayiqdir:"Sərəncamın əsas məqsədlərindən biri də cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz, bu məqsədə nail olmaq üçün ixtisaslaşmış yeni qurumun Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılmasına qərar verilib. Probasiya  termini  hüquq nəzəriyyəsində  şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Azərbaycanda Probasiya institutunun tətbiqi çox vacibdir. Çünki bu zaman şəxsin  həm məhkəməyə qədər, həm də məhkəmədən sonra fəaliyyətinə  nəzarət yetiriləcək.  Dünyanın bir sıra ölkələrində yaradılıb və səmərəli işləyir. Bu institun yaradaılması gələcəkdə həm cinayətkarlığa qarşı mübarizədə  etibarlı üsul olacaq, eyni zamanda, bu xidmətlər şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət , habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurum olacaq. Ölkəmizdə yaradılacaq probasiya xidmətinin əsas vəzifələri azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq olunur. Bu çox əhəmiyyətli vasitədir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirlilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR