Hicran Hüseynova: "Ailələrdə məsuliyyət hissi aşağıdır"

"Azərbaycanda ailə modeli bizim sərvətimizdir. Dövlətlə ailə bir-birlərilə bağlı məsələlərdir. Azərbaycan güclü ailə siyasəti mövcuddur. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicra Hüseynova Mill Məclisdə keçirilən "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları" mövzusunda təşkil edilən dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, erkən nikahlar, boşanmalar, zorakılıq halları narahatedicidir: "Bu problemləri dövlət qurumları təkcə həll edə bilməz, burada daha çox qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin rolu böyükdür".

Komitə sədri qeyd edib ki, ailə məsələləri ilə bağlı problemlər bütün dünyada mövcuddur: "Bəzən Azərbaycana yaraşmayan hallar olur ki, biz bunun qarşısının alınmasına çalışmalıyıq. Azərbaycan da digər ölkələri kimi qloballaşan dövrdə yaşayır.  Bunun müsbət və mənfi təsirləri var. Bundan başqa,  informasiya texnologiyaların inkişafı bizi sevindirir. Lakin unutmamalıyıq ki, informasiya texnologiyaların inkişafının müsbət tərəfləri kimi mənfi tərəfləri də var. Bəzən valideynlər sevinir ki, uşaq başqa otaqda sakit oturub. Amma maraqlanmır ki, həmin uşaq orada nə ilə məşğuldur. Əvvəl ailələrimizdə ağsaqqalın, böyüklərin, hətta uşağın da sözü keçirdi. Lakin bu gün valideynlər uşaqları ilə məşğul olmaq istəmirlər. Bəzən  valideynlər komitəyə uşaqları ilə bacara bilmədikləri üçün müraciət edirlər ki, onları ayırsınlar. Görün hansı vəziyyətə çatmışıq? Biz bu məsələləri qaldırmalı, qanunvericilikdəki boşluqları aradan qaldırmalıyıq".

H.Hüseynova vurğulayıb ki, valideynin məsuliyyəti artırmalıdır: "Bəzən atalar 15 yaşlı qızını oxumağa qoymur ki, ərə versin. Amma onlar düşünmürlər ki, bu yaşda uşaq ailə qurmaq qabiliyyətinə malik deyil. Bu baxımdan biz ailələrdə psixoloqların olması məsələsini önə çıxarmışıq".

"Komitədə boşanmaların səbəblərini araşdırdıqda görürük ki, burada problem sosial məsələlərlə bağlı deyil. Əksinə kasıb ailələrdə bir-birinə dəstək daha çoxdur. Ailələrimizdə kişi və qadınların məsuliyyəti yavaş-yavaş sıradan çıxır. Düzdür bizdə çox gözəl, nümunəvi ailələr də var. Amma bir çox ailələrdə məsuliyyət hissinin aşağı olduğunu da görürük.  İndi gənclər ailə quranda düşünürlər ki, eybi yox alınmaz boşanaraq. Bu cür düşüncə ilə ailə qurmaq olmaz.  Bu məsələdə KİV-lər də aktiv olmalı, sosial çarxlar yayımlamalı, verilişlər r hazırlamalıdırlar.  Efirlərimizdə mənfi deyil, müsbət ailələr haqqında da danışmaq lazımdır. Bu məsələlər bizi narahat edir, bu istiqamətdə səylərimizi birləşdirməliyik"- deyə, komitə sədri əlavə edib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR